Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Eldəniz Əzizli zədələnib güləş döşəyinə çıxmasa da, lider qaldı – REYTİNQ
    2.08.2023 16:51:16

    Ötən ay Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş güləş üzrə reytinq turnirindən sonra idmançılarımızın sıralaması bəlli olub.

    Prosport.Az xəbər verir ki, həmin yarışda 2 sərbəst və 10 güləşçimiz yarışıb. Yunan-Roma güləşində Eldəniz Əzizli zədələndiyi üçün yarışda iştirak edə bilməyib.

    Sərbəst güləşdə 1 gümüş, yunan-Roma güləşində isə 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanılıb. Bu nəticə ilə Aleksandr Tarakanovun baş məşqçisi olduğu yunan-Roma güləşi üzrə komandamız hamıdan güclü olub.

    Dərc olunan reytinq cədvəlində 16 idmançımız (6 sərbəst, 8 yunan-Roma və 2 qadın) yarışdıqları çəki dərəcələrinin ilk "10-luğ"unda yer almağı bacarıb. Güləşçilərimizdən ikiqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli yarışa çıxmasa da, yeganə idmançımızdır ki, öz çəkisində liderdir.  

    Sərbəst güləş
    57 kq. Əliabbas Rzazadə 7-dən 8-ci sıraya düşüb.
    65 kq. Əli Rəhimzadə 10-cu sırada qalıb.
    74 kq. Cəbrayıl Hacıyev 7-dən 10-cu sıraya düşüb.
    86 kq. Əbubəkr Abakarov 6-cı sırada qalıb.
    92 kq. Osman Nurməhəmmədov 3-cü sırada qalıb.
    97 kq. Məhəmmədxan Məhəmmədov 4-dən 2-ci sıraya qalxıb.

    Yunan-Roma güləşi
    55 kq. Eldəniz Əzizli 1-ci sırada qalıb.
    60 kq. Nihat Məmmədli 12-dən 9-cu sıraya qalxıb.
    63 kq. Taleh Məmmədov 2-ci sırada qalıb.
    67 kq. Həsrət Cəfərov 3-dən 2-ci sıraya qalxıb.
    72 kq. Ülvü Qənizadə 3-dən 2-ci sıraya qalxıb.
    82 kq. Rafiq Hüseynov 5-cı sırada qalıb.
    97 kq. Arif Niftullayev 4-dən 5-ci sıraya düşüb.
    130 kq. Sabah Şəriəti 8-ci sırada qalıb.

    Qadın güləşi
    57 kq. Jalə Əliyeve 6-dan 7-ci sıraya düşüb.
    65 kq. Elis Manolova 7-ci sırada qalıb.

    Qeyd edək ki, bu reytinq cədvəlləri dünya çempionatları və Olimpiadalar zamanı püşkatmada önəm daşıyır və ilk "10-luq"da yer almaq püşkdə ilk görüşdə zəif rəqiblə qarşılaşmağa kömək edir. Üstəlik, Ümumdünya Güləş Federasiyası ilk "3-lük"də olan idmançılara İsveçrə frankı ilə pul ödəyir.

    Səbuhi Musa

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Güləş

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi" Avropa Kubokunda mübarizəyə başlayır

    23.09.2026 10:25:31

    Futbol millimiz Bakıda Tacikistana qarşı

    23.09.2026 10:00:57

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Azərbaycan çempionatının adı dəyişdirildi, start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved