Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.
Prosport.Az xəbər verir ki, yarışda ölkəmizi 4 idmançı təmsil edəcək.
Yarışda Tehran Məmmədov (60 kiloqram), İsa Rüstəmov (71 kiloqram), Ravin Əlməmmədov (79 kiloqram) və Əli Şükürlü (110 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Avropa çempionatı aprelin 19-dan 26-dək təşkil olunacaq.

