Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Ukrayna millisi ilə Avropa çempionu olmuş qız: "Atam Yevlaxın Aşağı Qarxun kəndindəndir"
    6.04.2026 09:30:07

    Ukrayna qadın güləş millisinin üzvü Aida Kərimova əslən azərbaycanlıdır. O, ötən ay Serbiyanın Zrenyanin şəhərində keçirilən 23 yaşadək (U-23) güləşçilərin Avropa çempionatının qalibi olub.

    Prosport.Az 22 yaşlı idmançıdan müsahibə götürüb.

    – Serbiya sizin üçün sevimli ölkə olmalıdır. 2024-cü ildə U-20-lərin Avropa çempionatının qalibi olmuşdunuz. Ötən il U-23-lərdə dünya çempionatının bürünc medalını qazanmışdınız. Yenə oradan əliboş geri qayıtmadınız...
    – Serbiya idman tədbirləri baxımından mənim üçün çox qonaqpərvər yer olub. Oradakı atmosfer gözəldir. Artıq 3-cü ildir ki, bu ölkədən vətənə medallar gətirirəm.

    – İlk dəfə 2018-ci ildə U-15 Avropa çempionatında bürünc medal qazanmısınız. Bundan 1 il sonra U-17 yaş qrupunda Avropa çempionu və dünya 3-cüsü olmusunuz. Amma sonra 2024-cü ilə qədər Avropa və dünya çempionatlarında medal qazana bilmədiniz. Bunun səbəbi nə idi?
    – Səbəb o idi ki, dirsəyimdən zədə almışdım. Əməliyyat olundum və bərpa prosesi uzun çəkdi.

    – Hal-hazırda hansı şəhərdə yaşayırsınız? Yaşadığınız şəhərdə müharibəni hiss edirsiniz?
    – Mən indi Kiyevdə yaşayıram. Əlbəttə ki, müharibənin nəticələri hiss olunur. Baş verənlərə göz yummaq mümkün deyil. Gündəlik həyatımıza təsirsiz ötüşmür. Amma biz bu vəziyyətə uyğunlaşmağa çalışırıq.

    – Belə ağır şəraitdə məşq etmək çətindirmi?
    – Əlbəttə, belə şəraitdə məşq etmək çətindir. Fasilələr, psixoloji təzyiq və narahatlıq olur. Amma idman sizə əzmlə mübarizə aparmağa kömək edir, motivasiya verir və diqqətinizi sırf işinizə yönəldir. Biz təkcə fiziki deyil, həm də əqli cəhətdən güclü olmağı öyrənirik.

    – Yeri gəlmişkən, sonuncu U-23 Avropa çempionatının finalında Rusiya güləşçisi Aleksandra Kopılovaya 2:1 hesabıyla qalib gəldiniz. Müharibəyə görə bu görüş prinsipial önəm daşıyırdı. Bu qələbənin sizin üçün xüsusi dəyəri oldumu? Yoxsa idmana siyasəti qatmağı düzgün hesab etmirsiniz?
    – Təbii ki, finalda istənilən qələbənin özünəməxsus dəyəri var. Bunun üçün çox çalışırsan. Həlledici anda soyuqqanlılığını saxlamaq və işini görmək vacibdir. Xalça üzərində biz sadəcə idmançıyıq və rəqibik. Əsas məqsədimiz səviyyəmizi nümayiş etdirmək və nəticə qazanmaq üçün ədalətli mübarizə aparmaqdır.

    – Son 3 ildə əksər yarışlarda medal qazanmısınız. Sizi yaxın gələcəkdə Ukrayna millisində ikiqat Avropa çempionu və dünya mükafatçısı Oksana Livaçla 50 kq-da mübarizə gözləyir. Özünüzü bu rəqabətə hazır sayırsınız?
    – Bəli, özümü hazır hesab edirəm və milli komandada 1 nömrə olmaq üçün əlimdən gələni edirəm.

    – Atanız Azərbaycanın hansı bölgəsindəndir? 
    – Atam yevlaxlıdır, Aşağı Qarxun kəndindəndir. Yevlaxda qohumlarımız var. Məsafəyə baxmayaraq, əlaqə saxlayırıq. Amma özüm hazırda Rusiya işğalında olan Donetsk regionunun Toretsk şəhərində anadan olmuşam.

    – 2024-cü ildə Bakıda keçirilmiş U-23 Avropa çempionatında da iştirak etmisiniz və 7-ci olmusunuz. Bakını gəzə bilmisiniz?
    – Bəli, bir az görməyə müvəffəq oldum. Bakı maraqlı memarlığı və atmosferi ilə çox gözəl şəhərdir. Ziyarət etmək xoş idi.

    – Azərbaycan güləşini necə qiymətləndirirsiniz?
    – Azərbaycan güləş məktəbi dünyanın ən güclülərindən biridir. İdmançıların fərdi keyfiyyətləri yüksəkdir.

    – Millimizin üzvü, dostunuz Günay Qurbanova (o da Ukraynada doğulub – red.) və ya bir başqası tərəfindən sizə Azərbaycan milli komandasına keçmək təklifi gəlib?
    – Bununla bağlı söhbətlər olub. Amma hələ ki mən Ukraynanı təmsil edirəm və bütün diqqətimi yaşadığım ölkəm üçün yarışmağa yönəltmişəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. İdmanda heç vaxt "heç vaxt" demirlər, amma hazırda belə plan yoxdur.

    – Mariya Stadnik ukraynalı olsa da, Azərbaycanda dünya qadın güləşinin əfsanəsinə çevrildi. Heç Ukraynada deyirlərmi ki, kaş həmin vaxt məşqçilər İrina Merlenini yox, Mariya Stadnikə üstünlük verərdi, o da tarixi uğurları öz ölkəsində qazanardı?
    – Mariya Stadnik həqiqətən də əla nəticələr əldə etdi və əfsanəyə çevrildi. Amma İrina Merleni həm də olimpiya çempionu və Ukrayna güləşi tarixində əsas şəxsiyyətdir. Düşünürəm ki, belə müqayisələr ədalətli deyil. Hər idmançının öz yolu, öz qərarları və öz nailiyyətləri var. Hər ikisi böyük hörmətə layiqdir.

    Mahmud

    Güləş

    2 güləşçimiz Las-Veqasda dünya 3-cüsü oldu

    18.10.2026 15:24:04
    Güləş

    AGF-də regional güləş koordinatorları ilə görüş keçirildi

    17.10.2026 23:43:54
    Güləş

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49
    Güləş

    Dünya çempionatında 2-ci gümüş medal

    16.10.2026 09:00:51
    Güləş

    AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir - FOTO

    15.10.2026 19:22:49
    Güləş

    Günay Qurbanova finalda, Ruslan Nurullayev dünya 3-cüsü oldu

    15.10.2026 10:00:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved