Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakıda daha bir beynəlxalq idman tədbiri təxirə salındı – Qiymətlər baha imiş
    3.04.2026 09:00:59

    24-28 may tarixlərində Bakı Konqres Mərkəzində və Heydər Əliyev Mərkəzində keçirilməli olan SportAkkord Toplantısı (SportAccord Convention) təxirə salınıb.

    Prosport.Az-ın xəbərinə görə, tədbir başqa vaxt Bakıda keçiriləcək və yeni tarix barədə qərar daha sonra elan ediləcək.

    SportAkkordun türkiyəli prezidenti professor doktor Uğur Ərdənər bildirib ki, tədbir nə vaxtsa yenidən Bakıda olacaq: “Biz Azərbaycandakı və Bakı şəhərindəki tərəfdaşlarımıza SportAkkord Toplantısına ev sahibliyi etməkdə göstərdikləri çeviklik və davamlı öhdəliklərinə görə minnətdarıq. Şübhəsiz ki, vaxtı çatanda bu xüsusi tədbirin müstəsna bir bölümünə ev sahibliyi edəcəklər”.

    Gənclər və idman naziri Fərid Qayıbov da bu barədə danışıb: “Azərbaycan idmanın maraqlı tərəfləri üçün təhlükəsiz və etibarlı tərəfdaş olduğunu sübut edib. Şübhəsiz ki, Bakıda keçiriləcək SportAkkord Toplantısı bu bacarığı nümayiş etdirəcək və idmanın gələcəyini formalaşdıracaq müzakirələr üçün ideal mühit təmin edəcək. Dünya idmanının liderlərini növbəti Olimpiya və Paralimpiya Oyunlarına aparan yolda qarşılamağı səbirsizliklə gözləyirik”.

    Göründüyü kimi, tədbirin nə üçün ləğv edildiyi barədə məlumat verilməyib. Bizdə olan məlumata görə, seminarlarda qonaq qismində iştirak etmək üçün tələb olunan qiymətlər yüksək olub. Belə ki, aprelin 1-dək olan onlayn qiymətlər bütün tədbir boyu 2 min İsveçrə frankı (qurumun mənzil-qərargahı İsveçrənin Lozanna şəhərində yerləşdiyindən, qiymətlər frankladır – red.), 1 günlük iştirak üçün isə 1000 frank olub. Bu isə bizim pulla müvafiq olaraq 4257 və 2128 AZN təşkil edir. Biletləri yerində kassadan almaq isə 5 günlük tədbir üçün 3 min frank (6385 AZN) və 1 günlük tədbir üçün 1500 frank (3192 AZN) olub. Məhz bu səbəbdən iştirakçı sayı istənilən sayda olmayıb.

    Yeri gəlmişkən, bir neçə gün əvvəl Gənclər və İdman Nazirliyinin Biznes və İdman Sammiti adlandırdığı bu toplantının proqramını ictimaiyyətin diqqətinə çatdırmışdıq.

    Qeyd edək ki, daha əvvəl Azərbaycanda keçirilməli olan 2 idman tədbiri ləğv edilib və ya təxirə salınıb. Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Şahdağda 14-15 martda keçirilməli olan moqul üzrə Dünya Kubokunun təxirə salındığını açıqlayıb. Martın 7-də açıqlanan qərarda buna səbəb kimi Şahdağdakı şəraitin bu yarışı keçirmək üçün hazır olmadığı və üstəlik Yaxın Şərqdəki müharibəyə görə səyahət imkanlarının məhdud olması göstərilib. Bu səbəbdən Dünya Kuboku növbəti qışa təxirə salınıb.

    Bundan 2 gün sonra – martın 9-da isə Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) Bakı Konqres Mərkəzində keçirilməli olan Avropa üçün Regional Simpoziumu ləğv olunub. 18-19 mart tarixlərində təşkil edilməli olan tədbir Yaxın Şərqdə baş verən müharibəyə görə baş tutmayıb.

    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Sumo üzrə dünya çempionatı başlayır - BAKIDA

    17.10.2026 16:03:30
    Digər idman növləri

    Azərbaycanlı beynəlxalq federasiyanın vitse-prezidenti seçildi

    17.10.2026 15:25:18
    Digər idman növləri

    Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi qeyd olundu - FOTOLAR

    17.10.2026 13:09:31
    Digər idman növləri

    Millimiz Avropa çempionatında bürünc medal qazandı - FOTOLAR

    17.10.2026 12:07:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved