Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Ən böyük problemimiz budur" - Bölgə klubunun baş məşqçisi
    3.04.2026 17:34:20

    "Tərəfdarlarımızı sevindirməyə çalışdıq. Təəssüf ki, alınmadı. Cavab matçında daha yaxşısını etmək üçün oynayacağıq".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov pley-in mərhələsində evdə "Şəki"yə 89:101 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

    Mütəxəssis məğlubiyyəti şərh edib: "Təəssüf ki, bu gün uduzduq. Halbuki görüşə yaxşı hazırlaşmışdıq və uğurlu nəticə qazanmaq istəyirdik. Rəqib bizə qarşı çox güclü müdafiə tətbiq etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm. Oyunçularımız əllərindən gələni etdilər".

    Əsgərov ehtiyatdakı oyunçuların ilk "beşliy"ə kömək edə bilmədiyini sözlərinə əlavə edib: "Oyunu ilk dəqiqədən sona qədər eyni heyətlə oynamaq olmur. Ən böyük problemimiz budur. Basketbolçularım bacardıqlarını ortaya qoydular. Onları qınaya da bilmərəm. Ən yaxşısını etməyə çalışdılar. A qrupundan gəlmiş rəqibə qarşı oynayırdıq. Çalışacağıq ki, bu matçdakı səhvlərimizi aradan qaldıraq və 2-ci matçda qalib gələk. Cütün taleyini üçüncü matça daşımağa çalışacağıq. Çətin olacaq. Rəqib meydançasında oynayacağıq. Amma bacardığımızı edəcəyik".

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Voleybol

    Azərbaycan çempionunun "Sportinq"lə oyunlarının hakimləri bilindi

    17.09.2026 19:31:08
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved