Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə strart verilib.
Prosport.Az xəbər verir ki, günün ilk oyununda "Quba" "Şəki"ni qəbul edib.
Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 101:89.
Saat 19:00-da isə "Naxçıvan"la "Sərhədçi" qarşılaşacaq. Bu görüş Bakı İdman Sarayında reallaşacaq.
Qeyd edək ki, komandalar arasında ikinci oyunlar aprelin 6-7-də keçiriləcək.

