Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Daha şirin, daha doğma görünən Avropa çempionluğu – MÜQAYİSƏ
    21.04.2023 15:44:57

    Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.

    Prosport.Az əvvəlki 3 Avropa çempionluğu ilə indiki arasında müqayisə aparıb.

    Əvvəla, onu qeyd edək ki, nə ötən il, nə də builki yarışda əsasən Dağıstan, Çeçenistan və Şimali Osetiya güləşçilərindən qurulmuş güclü Rusiya və Belarusdan olan idmançılar millimizin üzvləri ilə qarşılaşmayıb. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş yarışda hər 2 ölkənin idmançıları Ukraynadakı müharibə səbəbindən turnirə buraxılmayıb. Bu dəfə isə 2 belə güləşçi Ümumdünya Güləş Birliyi bayrağı altında (neytral status) yarışa buraxılsa da, onlar idmançılarımızın rəqibləri deyildilər.

    Vilnüs, Litva – 2009 (7 çəkinin 6-da medal qazanılıb və Rusiyanı qabaqlayıb 63 xalla çempion olmuşuq)
    Zəlimxan Hüseynov (60 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Xetaq Qozyumov (96 kq), Əli İsayev (120 kq) – hamısı qızıl medal
    Cəbrayıl Həsənov (66 kq) – gümüş medal
    Novruz Temrezov (84 kq) – bürünc medal

    Novi Sad, Serbiya – 2017 (8 çəkinin 5-də medal qazanılıb və Türkiyə ilə Rusiyanı qabaqlayıb 58 xalla çempion olmuşuq)
    Giorgi Edişeraşvili (57 kq) – qızıl medal
    Murad Süleymanov (74 kq), Aleksandr Qostiyev (86 kq), Camaləddin Məhəmmədov (125 kq) – hər üçü gümüş medal
    Ruslan Dibirhacıyev (70 kq) – bürünc medal

    Budapeşt, Macarıstan – 2022 (10 çəkinin 7-də medal qazanılıb və Türkiyəni qabaqlayıb 159 xalla çempion olmuşuq)
    Məhəmmədxan Məhəmmədov (97 kq) – qızıl medal
    Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Əbubəkr Abakarov (86 kq) – hamısı gümüş medal
    Turan Bayramov (74 kq), Osman Nurməhəmmədov (92 kq)

    Zaqreb, Xorvatiya – 2023 (10 çəkinin 6-da medal qazanılıb və Gürcüstanı qabaqlayıb 150 xalla çempion olmuşuq)
    Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (70 kq) – hər ikisi qızıl medal 
    Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov (97 kq) – hər ikisi gümüş medal 
    Əbubəkr Abakarov (86 kq), Georgi Meşvildişvili (125 kq) – hər ikisi bürünc medal

    Sərbəst güləş millimizdə legionerləşdirmə siyasəti hər zaman tənqid edilib. Digər Avropa çempionluqlarının qazanılmasında Rusiya və Gürcüstandan gətirilmiş legionerlərin daha çox rolunun olduğunu görmək mümkündür. 4 Avropa çempionluğu içərisində öz güləş məktəbimizin yetirmələrindən qızıl medalları qazananlar yalnız ən sonuncusunda – “Arena Zaqreb”də baş tutmuş yarışda olub. Deməli, bu Avropa çempionluğu daha doğma, daha şirin, daha gözəl görünür. Ümid edək ki, üçqat Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qozyumovun rəhbərliyi altında legionerləşdirmə siyasətinə son qoyulub, yeni hacılar, yeni əliabbasların yetişdirilməsi yönündə uğurlu iş görüləcək.

    Səbuhi Musa 

    Güləş

    Azərbaycanı Las-Veqasda 23 güləşçi təmsil edəcək - ADLAR

    7.10.2026 17:20:36
    Güləş

    Ən güclü güləşçilər Masallıda müəyyənləşdi - ADLAR

    5.10.2026 16:14:41
    Güləş

    Nazirdən dünya çempionu olan millimizə təbrik

    1.10.2026 18:21:09
    Döyüş növləri

    Reytinq cədvəli: Avropa çempionumuz liderliyi ələ keçirdi

    1.10.2026 17:24:59
    Güləş

    "Çimərlik güləşində iddialı ölkələrdən biriyik" - Oyan Nəzəriani

    30.09.2026 14:18:04
    Güləş

    Çimərlik güləşində tarixi uğur

    27.09.2026 23:15:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Kiçik kənddə böyük futbol - VİDEO

    9.10.2026 23:38:58

    Ermənistan yığmasının oyununda azərbaycanlı hakim - 20 il sonra

    9.10.2026 23:11:18

    "Oyun keyfiyyətini artırmaq üçün çox çalışmalıyıq” - Georgi Kondruseviç

    9.10.2026 22:33:14

    "Çempion olmaq istəyiriksə, çempion kimi oynamalıyıq" - Yuri Vernidub

    9.10.2026 22:22:06

    Erməni cüdoçunun şübhəli qələbəsi

    9.10.2026 22:21:55

    "Gözləmədiyimiz məğlubiyyətlə üzləşdik" - Uğur Özdemir

    9.10.2026 22:03:43

    "Mən bəzən bu cür sualları anlamıram" - Valdas Dambrauskas

    9.10.2026 21:58:06

    "Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi - VİDEO

    9.10.2026 21:25:03

    "Sumqayıt" evdə Naxçıvan təmsilçisinə uduzdu

    9.10.2026 21:18:42

    Orxan Məmmədov Qırğızıstan Futbol İttifaqının vitse-prezidenti ilə görüşdü

    9.10.2026 20:59:53

    Montella Türkiyə millisindən istefaya göndərildi

    9.10.2026 20:16:06

    Mərkəzi oyunda "sülh", "Mingəçevir" böyük hesabla uduzdu

    9.10.2026 19:34:43

    "Buraxdığımız kobud səhv planlarımızı alt-üst etdi" – Yuri Maksimov

    9.10.2026 19:07:28

    "Bizim üçün hər oyun 6 xala bərabərdir" - Azər Məmmədov

    9.10.2026 18:54:58

    "Neftçi" - "Sabah": HEYƏTLƏR

    9.10.2026 18:32:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved