Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turunda bu gün 1 oyun keçirilib.
Prosport.Az xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutub.
Qrupda autsayder olan "Şəki" doğma meydanda "Gəncə"yə 73:84 hesabı ilə uduzub.
Meydan sahibləri 22 xalla altıncı pillədə qərarlaşıb. Qonaq komanda 29 xalla müvəqqəti 3-cüdür.
Qeyd edək ki, A qrupunda XX turun digər oyunları martın 30-31-də baş tutacaq.

