ABŞ-dən olan basketbolçu Kobi Montqomeri NTD komandasını tərk edib.
Prosport.Az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, ABŞ-li basketbolçu NTD klubuna mövsümün əvvəlində qoşulmuşdu. NTD sabah "Neftçi" ilə müntəzəm mövsümün son turunun oyununa çıxacaq.

