Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında bir yunan-Roma güləşçimiz finala çıxıb.
Prosport.Az xəbər verir ki, Elnar Ziyadov (48 kq) sabah bürünc medal üçün təsəlliverici görüşə çıxacaq. Rəqib Maksim Bradyak (Belarus) – Haruka Şiina (Yaponiya) qarşılaşmasının qalibi olacaq.
Bu ay U-15 Avropa çempionatının qalibi olan Yusif Əhmədlinin (65 kq) yuxarı yaş kateqoriyasında debütü uğurlu alınıb. Pəhləvanımız amerikalı Vilyam Qrinvud (8:0), yunanıstanlı Atanasios Eftimiadis (8:0), moldovalı Oktavian Kernetki (15:6) və özbəkistanlı İslambəy Kərimcanovu (12:4) vaxtından əvvəl məyus edərək adını finala yazdırıb. Əhmədli həlledici görüşdə rusiyalı Zaur Beslekoyevlə qarşılaşacaq.
Elmin Əliyev (80 kq) isə bürünc medal üçün təsəlliverici görüşdə ermənistanlı Erik Matevosyanla üz-üzə gələcək.

