"Sərhədçi" Azərbaycan Basketbol Liqasının müntəzəm mövsümün sonuncu – XX turunda "Sumqayıt"ı 93:89 hesabı ilə məğlub edib.
Prosport.Az xəbər verir ki, hər iki komandanın baş məşqçisi qarşılaşma ilə bağlı fikirlərini bölüşüb.
Vadim Kuramşın ("Sumqayıt"): "Komandamı mövsüm ərzində gözəl basketbol oynadığına görə təbrik edirəm. Ümid edirəm ki, azarkeşlərimizin rəğbətini qazandıq. Bu oyuna gəlincə, nəticəni hakimlər müəyyənləşdirdi. Bundan sonrakı məqsədimiz pley-in mərhələsində uğurlu çıxış etməkdir".
Anar Sarıyev ("Sərhədçi"): "Oyun barədə çox danışmaq istəmirəm. Səhvlərimiz də çox oldu. Bu gün bəlkə pis oyunlarımızdan birini keçirdik. Amma oyunçularım sonda toparlanıb qələbəni əldə etdilər. Onları təbrik edirəm.İstirahət edib, pley-in-ə hazırlaşacağıq. Ümid edirəm ki, burada daha yaxşı oyun göstərəcəyik".

