Azərbaycanın basketbol yığmaları FIBA reytinqində mövqelərini yaxşılaşdırıb.
Prosport.Az xəbər verir ki, kişilərdən ibarət millimiz son reytinq cədvəlində irəliləyişə nail olub. Komandamız 5 pillə yüksələrək, 99-cu sırada qərarlaşıb.
Qadınlardan ibarət milli komandamız isə reytinqdə 10 pillə irəliləyərək, 93-cü sıraya yüksəlib.

