Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Akademiya
    AFFA niyə Ruy Jorjun namizədliyini gizli saxlamışdı? – Sərxan Hacıyev açıqladı
    16.03.2026 14:47:09

    AFFA-nın icraçı vitse-prezidenti Sərxan Ağayev U-20 milli komandasının yeni baş məşqçisi Ruy Jorjun mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, federasiya rəsmisi portuqaliyalı mütəxəssisin təyinatı barədə fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb.

    – 2027-ci ildə Azərbaycan və Özbəkistan U-20 dünya çempionatına ev sahibliyi edəcək. Böyük tədbirlə bağlı müəyyən təşkilati işlər aparılıb. Ötən həftə U-20 yığmasına baş məşqçi təyinatı rəsmiləşdi. Ruy Jorj bu milliyə rəhbərlik edəcək. Onun haqda AFFA-nın saytında müəyyən məlumatlar verilib. Ruy yaxşı futbolçu karyerasına malikdir, Portuqaliya millisində 45 oyun keçirib. 15 ilə yaxın Portuqaliyanın U-21 yığmasının baş məşqçisi olub. İnanırıq ki, onun böyük futbol təcrübəsinin bizim futbolçulara müsbət təsiri olacaq, təcrübəsini futbolçularımıza ötürə biləcək və yığmamız dünya çempionatında uğurlu çıxış edəcək. Ruy Jorjun 2 köməkçisi var ki, onlar da Azərbaycanda yaşayacaq. Hər ikisi portuqaliyalıdır. Yığmamıza həm də yerli və gənc məşqçilərdən biri təklif olunacaq. Həmin məşqçi haqda ətraflı məlumat verə bilməyəcəyik. Yaxın vaxtlarda yerli məşqçi təyinatı açıqlanacaq.

    – Ruy Jorjun qarşısına hansı məqsədlər qoymusunuz? Maaşının 500 min avro olması doğrudur?
    – Bu günə qədər məşqçilərlə bağlı müqavilə şərtlərini açıqlamırıq.

    – AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında Ruy Jorjun namizədliyinin müzakirəyə çıxarılıb təsdiq olunması barədə heç nə yazılmamışdı. Yalnız martın 10-da AFFA açıqladı ki, o, milliyə baş məşqçi təyin olunub. Bunu necə açıqlayacaqsınız?
    – Düzdür. Fevralın 19-da AFFA İcraiyyə Komitəsinin iclasında onun namizədliyi müzakirə olunub. Lakin bir neçə hüquqi prosedur var idi deyə, onun namizədliyini mətbuata açıqlamağı lüzum bilmədik. İcraiyyə Komitəsinin tapşırığı olmuşdu ki, hüquqi proseslər həllini tapsın. Yalnız hüquqi prosedur başa çatdırıldıqdan sonra onun adı ictimaiyyətə açıqlandı.

    – Yəqin ki, AFFA-nın bu posta bir neçə namizədi vardı. Hansı amillər bu təyinatın üstündə durmaq üçün həlledici oldu?
    – Təyinatda ən əsas məqam təcrübə idi. Ruy Jorjun böyük təcrübəyə malik olması üstünlükdür. Portuqaliya yığmasında uzun illər işləyib. Bu məsələlər əsas götürüldü.

    – Baş məşqçinin qarşısına əsas hansı hədəf qoyulub? U-20 dünya çempionatında uğurlu çıxış, yoxsa əsas milliyə gələcək üçün futbolçu vermək?
    – İndi əsas məqsəd elə komanda formalaşdırmaqdır ki, qrup mərhələsində uğurlu çıxış etsin. Ən azından millimiz güclü komandalara qarşı döyüşə bilsin. Uğurlu çıxış deyəndə bunu nəzərdə tuturuq. Gələcəkdə necə olacağını bilmirəm. Hazırda biz ancaq dünya çempionatından danışırıq. Məqsəd də ancaq DÇ üçün qoyulan hədəflərdir.

    – Dünya çempionatının açılış oyunu nə vaxt keçiriləcək? Bakıda olacaq?
    – Hələ danışıqlar gedir. Biz FIFA və Özbəkistan Futbol Federasiyası ilə əlaqədəyik. Aylar bəllidir, tarixlər yox. Turnir sentyabrdan oktyabra qədər, 21-23 gün ərzində olmalıdır.

    – Ev sahibi kimi layiqli oynamağa məcburuq. Belə olanda halda, kütləvi milliləşdirmə prosesi baş verə bilər? Vaxtilə millilərə Almaniyadan xeyli sayda türkiyəli oyunçu cəlb edilmişdi. Elə yaxınlarda "Herta"da çıxış edən Elyas Bağcının U-21 millisinə dəvət olunması bu məsələlərin yenidən aktuallaşmasına səbəb ola bilər?
    – Birmənalı şəkildə qeyd edə bilərəm ki, kütləvi şəkildə milliləşdirmə baş verməyəcək. Elə ola bilər ki, futbolçu Azərbaycanəsilli olsun. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Baş məşqçi qeyd etmişdi ki, istənilən halda, milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə olmayacaq. Yəni, 20 futbolçudan 17-si milliləşdirilmiş olmayacaq.

    Futbol

    U-20 yığmamız 2-ci oyunda İraqı üstələdi

    20.11.2026 18:02:08
    Akademiya

    Millimizin gücü Farer adalarına çatdı

    17.11.2026 21:47:10
    Futbol

    U-20 millimiz İraqın qapısına qol vura bilmədi

    17.11.2026 21:17:55
    Futbol

    Azərbaycan - İraq: HEYƏTLƏR

    17.11.2026 18:13:52
    Futbol

    Millimiz seçmə mərhələni 1 xalla başa vurdu

    17.11.2026 15:52:25
    Futbol

    Bu futbol millimiz də 0:4 darmadağın oldu

    14.11.2026 22:01:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved