Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv səfərdə Monteneqro ilə üz-üzə gəlib. Matç rəqibin 94:35 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan yığması daha əvvəl Bolqarıstana hər 2 oyunda (48:141, 40:120), Monteneqroya (62:104) və Ukraynaya (34:98) məğlub olub.
Qeyd edək ki, yığma martın 17-də Bakıda Ukrayna ilə qarşılaşacaq.

