Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Məğlubiyyətin səbəbi tam başqa məsələlərdə gizlənir" - Bölgə klubunun baş məşqçisi
    13.03.2026 18:35:36

    "Quba" Azərbaycan Basketbol Liqasının XIX turunda səfərdə "Lənkəran"a 94:88 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

    Şəhriyar Əsgərov ("Quba"): "Çətin oyun oldu. Qalib gəldiyimiz üçün şadam. Matçda diqtə edən tərəf biz idik. "Lənkəran" güclü müqavimət göstərdi. Lakin sona qədər üstün olduq. Rəqib də yaxşı oynadı. Komandamızda zədəlilər var idi. Zaur Paşayev meydançada az vaxt keçirdi, Andrey Kondratyev də zədəli idi. Gənc oyunçularımıza şans verdik. Qalibiyyət bizi sevindirdi. Müntəzəm mövsümün son matçı "Naxçıvan"a qarşıdır. Ciddi və güclü rəqiblə oynayacağıq. Əlimizdən gələni edəcəyik. Onlara da qalib gəlmək istəyirik ki, 3-cü yerdə qərarlaşaq. Necə alınacağını zaman göstərəcək. Pley-off məsələləri haqda danışmaq tezdir. Yəqin ki, başqa komadaların da bu barədə öz planları var. Hələ son matça hazırlaşacağıq".

    Georgi Kondruseviç ("Lənkəran"): “Basketbolçularım qələbə qazanmaq üçün çox çalışdılar. Onlara böyük təşəkkür edirəm. Həmçinin bizim azarkeşlərimizə də böyük minnətdarlığımı bildirirəm. Yaranmış vəziyyətə baxmayaraq, yenə də zala gəlib bizi dəstəklədilər! Onlara təşəkkür edirəm.

    Məğlubiyyətin səbəbi isə tam başqa məsələlərdə gizlənir. Biz bu gün cəmi 7 nəfərlə oynadıq. Həmçinin Qatluak Ceyms də bu gün zədə aldı və bunun nə dərəcədə ciddi olduğunu hələ bilmirik. Həkim bunun üzərində işləyir.

    "Quba"nı qələbə münasibətilə təbrik edirəm. Onlar bizdən daha təcrübəli və intizamlıdırlar. Oyunumuzu düzəltmək üçün nə vaxtımız, nə də oyunçu resursumuz var. Buna görə də belə enişlər olur və sonra həmin vəziyyətdən çıxmaq çətinləşir. Ümid edirəm ki, növbəti oyuna tam heyətlə, yəni 8 nəfərlə çıxacağıq”.

    Basketbol

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39
    Basketbol

    Basketbol üzrə Avropa çempionatı ilk dəfə Bakıda

    21.11.2026 18:18:46
    Top oyunları

    “Hər iki oyunda qalib gəlməyə çalışacağıq” - Lazar Spasiç

    21.11.2026 17:47:33
    Top oyunları

    Təxirə salınmış oyunu "Sabah" qazandı

    21.11.2026 17:17:12
    Top oyunları

    "Şəki" yetirmələri ilə müqaviləni yenilədi

    21.11.2026 16:16:51
    Top oyunları

    Seçmə mərhələ: Millimiz yenə uduzdu

    20.11.2026 23:59:57
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21

    "Neftçi" millimizin hücumçusuna oynamağa icazə vermədi

    22.11.2026 15:16:39

    Basketbolçumuz Sinqapurdakı müsabiqənin qalibi oldu

    22.11.2026 14:14:39

    "Araz-Naxçıvan" – "Neftçi": HEYƏTLƏR

    22.11.2026 13:29:26

    "Sərhədçi" uduzdu, amma qalib oldu

    22.11.2026 13:19:30

    Millimizə gəlməkdən imtina edən futbolçu İtaliyada qol vurdu

    22.11.2026 12:12:25
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved