Azərbaycanda 2026-cı ilin idman paytaxtı seçilən Qazaxda güləş üzrə 15 yaşadək ölkə çempionatı start götürüb.
Prosport.Az-ın Qazaxa ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, yarışda əvvəlcə sərbəst güləşçilər mübarizəyə qoşulub.
Qeyd edək ki, martın 14-dək davam edəcək yarışın açılış mərasimi bu gün saat 16:00-da keçiriləcək.

