Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Ad günümdə anamdan məni idmana yazdırmasını xahiş etdim" – Qız dünya çempionumuz
    8.03.2026 14:52:31

    “Güləşə 2009-cu ildə Gəncə şəhərində başlamışam. İdmana həvəsim həddən çox idi. Ancaq anam icazə vermirdi. Ad günümdə mənə hədiyyə olaraq idmana yazdırmasını xahiş etdim. O da razılaşdı".

    Prosport.Az xəbər verir ki, bu sözləri qadınlardan ibarət millinin lideri, U-23 dünya və Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi, dəfələrlə böyüklər arasında qitə mükafatçısı olan Jalə Əliyeva deyib.

    8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Güləş Federasiyası onun haqqında videomaterial hazırlayıb. 25 yaşlı güləşçi karyerası boyunca keçdiyi yoldan, üzləşdiyi çətinliklərdən, qazandığı uğurlardan və gələcək hədəflərindən danışıb:

    "Güləşə başlayanda çox həyəcanlı idim. Zala gəldim, güləşənlərin hamısı oğlan idi. Düşünürdüm ki, burada necə məşq edəcəyəm. Ancaq idmana o qədər həvəsim var idi ki, bu məqam mənim üçün o qədər də önəmli deyildi. Düşünürdüm ki, bir gün mən də çempion olacağam və məni də TV-də göstərəcəklər.

    2016-cı ildə yeniyetmələrin (U-17) Avropa çempionatında gümüş medal qazandıqdan sonra bir neçə il nüfuzlu yarışlarda uğur əldə edə bilmədim. Düşünürdüm ki, məndə artıq alınmır, idmanla vidalaşmaq lazımdır. Məşqçimiz Həsrət Məmmədyarov dedi ki, sənin hələ nə yaşın var.

    2022-ci ildə U-23 Avropa çempionu oldum. Bu yarış mənə çox motivasiya verdi. Qarşıma məqsəd qoymuşdum ki, dünya çempionu olmalıyam. 2024-cü ildə U-23 dünya çempionu olarkən çəkdiyim əziyyətlər, aldığım zədələr yadıma düşmürdü. Həmin an özümü göylərdə hiss edirdim. Bayrağın dalğalanması, himnin səslənməsi… özümü çox xoşbəxt hiss edirdim.

    Həmin il Bakıda keçirilən U-23 Avropa çempionatının da qalibi oldum. Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Ən böyük motivasiyam anam oldu. O da Gəncədən Bakıya yarışı izləməyə gəlmişdi. Çox xoşbəxtəm ki, anamın arzusunu reallaşdırdım.

    Amma bu nəticələrlə kifayətlənmirəm. Böyüklər arasında da Avropa və dünya çempionu, həmçinin olimpiya çempionu olmaq istəyirəm. Gələcək nəslə örnək olmaq istəyirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanı beynəlxalq arenalarda layiqincə təmsil edim.

    Hər qadın öz ayaqları üstündə durmalıdır. Öz gələcəyini qurmalıdır.

    Xalça üzərinə çıxan zaman yalnız özüm üçün yox, xalqım və Vətənim üçün mübarizə aparıram. Böyük uğurlar qazanaraq Azərbaycan qadın güləşində iz qoymaq və inkişafında rol oynamaq istəyirəm”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved