"Çox sağ olun ki, məni U-15 və U-17 komandalarının baş məşqçisi vəzifəsinə təyin etdiniz. Bu, mənim üçün yeni bir təcrübədir".
Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan güləşinin canlı əfsanəsi Mariya Stadnik instaqram səhifəsində yazıb.
Veteran idmançı yeni vəzifəsində də insanların dəstəyinə ehtiyac duyduğunu bildirib: "Bilirəm ki, yarışlarda çıxış edərkən məni sevən və dəstəkləyən çox insan var idi. İndi isə həyatımın bu yeni mərhələsində sizin dəstəyinizə ümid edirəm".

