"Zirə" Premyer Liqanın XXII turunda “Araz-Naxçıvan”la oyuna ciddi itki ilə çıxacaq.
Prosport.Az xəbər verir ki, "qartallar" mərkəz müdafiəçisi Ruan Renatonun xidmətindən yararlana bilməyəcək.
Ötən tur 4 sarı vərəqə limitini dolduran braziliyalı futbolçu cəzalı duruma düşüb.
Qeyd edək ki, oyun fevralın 27-də keçiriləcək.

