Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Sərbəst güləşçilərimiz reytinq turnirinə 3 medalla başladı - YENİLƏNİB
    25.02.2026 23:11:23

    Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada bu gün start götürən “Muhamet Malo” turnirinə 3 medalla başlayıb.

    Prosport.Az xəbər verir ki, reytinq turnirinin ilk günündə sərbəst güləş üzrə millinin 5 üzvü mübarizə aparıb.

    İslam Bazarqanov (57 kq) almaniyalı Niklas Steşele (3:2), amerikalı Liam Smit Kroni (5:0) və Puerto Riko təmsilçisi Daryan Kruza (6:1) qalib gələrək yarımfinala yüksəlib. Milli üzvü yarımfinalda rusiyalı Ramiz Qamzatova 1:3 hesabıyla məğlub olsa da, hindistanlı Akşay Tanaci Dheredən güclü (9:2) olaraq bürünc medalı boynundan asıb.

    Rəşid Babazadə (65 kq) almaniyalı Niko Meqerle (12:2), bolqarıstanlı Mikyay Salim Nayim (8:7) və ekvadorlu Coşua Aleksandr Kramerə (10:0) qalib gələrək adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucovla qarşılaşma gərgin mübarizə şəraitində keçib. Əzmkarlıq nümayiş etdirən Rəşid son saniyədə 4 xallıq fəndi icra edərək yekunda 18:15 hesablı qələbəylə finala vəsiqə qazanıb. Babazadə finalda hindistanlı Sucet Sucetlə qarşılaşıb. U-23 dünya çempionatının son qalibiylə bacarmayan (0:10) Babazadə turniri gümüş medalla başa vurub.

    Kənan Heybətov (74 kq) 1/8 finalda qırğız Orozbek Toktomambetova (1:3), onunla eyni çəkidə çıxış edən Turan Bayramov isə eyni mərhələdə amerikalı Kuinsi Mayls Mondeyə (1:5) məğlub olub.

    Arseni Cioyev (86 kq) rusiyalı dünya və ikiqat Avropa çempionu Axmed Usmanovu 3:1, gürcüstanlı dünya və Avropa mükafatçısı Vladimeri Qamkrelidzeni isə 6:4 hesabıyla üstələyib. Təmsilçimiz finalın bir addımlığında rusiyalı İbragim Kadiyevə 2:3 hesabıyla məğlub olub. Cioyev amerikalı ikiqat olimpiya mükafatçısı və dördqat dünya çempionu Kayl Deykə (4:1) qalib gələrək bürünc medala sahib çıxıb.

    21:25

    Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində mübarizəyə start veriblər.

    Prosport.Az xəbər verir ki, reytinq turnirində təmsilçilərimizdən biri finala, digər ikisi isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanıb.

    65 kq çəkidə yarışan Rəşid Babazadə yarımfinala qədər uğurla çıxış edib və finala gedən yolda Azərbaycan əsilli amerikalı dünya çempionu Vitali Orucova qalib gələrək qızıl medal uğrunda görüşdə iştirak hüququ qazanıb.

    İslam Bazarqanov (57 kq) və Arseni Cioyev (86) isə 3-cü yer uğrunda qarşılaşmalarda qüvvələrini sınayacaq.

    Güləş

    Güləş yığmamız Gürcüstanda çempion oldu

    20.11.2026 14:15:26
    Güləş

    Hacı Əliyev uşaqlara bələdçilik etdi - FOTOLAR

    19.11.2026 14:17:56
    Özəl xəbər

    Azərbaycan güləşçiləri Ermənistana gedəcək – EKSKLÜZİV

    18.11.2026 09:02:08
    Güləş

    Bakıdakı dünya çempionatının proqramı açıqlandı

    17.11.2026 19:22:55
    Güləş

    Baş katib ABŞ-yə niyə getmişdi? – FOTOLAR

    16.11.2026 16:47:23
    Güləş

    Azərbaycan Güləş Federasiyasında növbəti iclas

    16.11.2026 16:16:49
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Renat oynadı, komandası qələbə qazandı

    22.11.2026 23:01:45

    Gəncədə mövsümün tamaşaçı rekordu yeniləndi

    22.11.2026 21:58:18

    ABL: "Neftçi" və "Sabah"ın liderliyi davam edir

    22.11.2026 20:52:35

    "Azarkeşlərimiz avrokubok xəyalı qura bilər" – Azər Məmmədov

    22.11.2026 20:49:31

    "Gəncədəki atmosfer avrokubok matçını xatırladırdı" – Qurban Qurbanov

    22.11.2026 20:25:55

    "İmişli" Ervins Perkonsu rəsmən baş məşqçi postuna təsdiqlədi

    22.11.2026 19:42:50

    II Liqa: Lider Şirvanda da büdrəmədi

    22.11.2026 19:01:17

    Premyer Liqa: Turun bağlanış oyununda qol olmadı - VİDEO

    22.11.2026 18:56:04

    Azərbaycanlı hakim-inspektor Çempionlar Liqasına təyinat aldı

    22.11.2026 18:13:33

    "Ağadadaş Salyanski "Neftçi"yə qarşı oynaya bilməz" – Yuri Maksimov

    22.11.2026 17:49:41

    "Bu, sanki bal çəlləyinə acı dad qatmaq kimi oldu" – Yuri Vernidub

    22.11.2026 17:30:32

    "Kəpəz" rəhbərliyi veteran futbolçuyla görüşüb

    22.11.2026 17:07:40

    "Neftçi" 3 xalı 3 qolla qazandı – VİDEO

    22.11.2026 16:42:42

    "Kəpəz" - "Qarabağ" - HEYƏTLƏR

    22.11.2026 16:34:09

    "Barselona"nı Bakıda 650 azarkeş dəstəkləyəcək

    22.11.2026 15:42:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved