2026-cı il üçün Azərbaycanın İdman Paytaxtı elan olunmuş Qazax şəhəri ilk dəfə sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə çempionatına ev sahibliyi edəcək.
Prosport.Az xəbər verir ki, yarış martın 11-dən 14-dək Qazax Olimpiya İdman Kompleksində təşkil olunacaq.
Çempionatda ölkənin müxtəlif bölgələrini təmsil edən yeniyetmə güləşçilər hər 2 növ üzrə mübarizə aparacaqlar.
Qeyd edək ki, yarışın proqramına əsasən, görüşlər 4 gün ərzində keçiriləcək və qaliblər müvafiq çəki dərəcələri üzrə müəyyənləşəcək.

