"İmişli" heyətinə yeni legioner futbolçu cəlb edib.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi kolumbiyalı dayaq yarımmüdafiəçisi Faxardo Ernandesin transferini açıqlayıb.
19 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Faxardo Ernandes Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan “Deportivo Marakaneyros” futbol məktəbinin yetirməsidir. O, bu mövsüm "İmişli"nin heyətində oynamayacağından, PFL-də qeydiyyata alınmayıb. Bu futbolçunun transferi növbəti mövsüm üçün nəzərdə tutulub.
Qeyd edək ki, "İmişli"nin Faxardo Ernandesi heyətinə qatdığını ilk dəfə Prosport.Az saytı yazmışdı.

