Qadın güləşində milli komandaların tərkibi yenidən formalaşıb.
Prosport.Az xəbər verir ki, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Mariya Stadnik U-17 və U-15 yaş qrupu üzrə milli komandanın böyük məşqçisi vəzifəsinə təyin edilib.
Məşqçilər heyətində Rövşən Umudov və Solmaz Adilova da yer alıb.
Qeyd edək ki, Toğrul Əsgərov əvvəlki kimi, böyüklər və U-23 milli komandada, o cümlədən U-20 yaş qrupu üzrə baş məşqçi əvəzi funksiyasını yerinə yetirəcək. Böyük məşqçi Ağahüseyn Mustafayevlə yanaşı, məşqçi Həsrət Məmmədyarov da bu komandanın məşqçilər heyətində yer alacaq.
Xatırladaq ki, Mariya Stadnik daha əvvəl qadın millisində kurator vəzifəsində idi.

