Azərbaycan Premyer Liqasında XXI tura "Turan Tovuz" - "Zirə" oyunu ilə start verilib.
Prosport.Az xəbər verir ki, "Azərsun Arena"da baş tutan oyunda qərb təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Qolları Filip Ozobiç (11) və Xorxe Silva (19) vurublar.
"Turan Tovuz" 37 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Zirə" isə 35 xalla 4-cü sıraya geriləyib.
Qeyd edək ki, XXI tura fevralın 22-də yekun vurulacaq.

