Basketbol üzrə Azərbaycan Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Prosport.Az xəbər verir ki, bu, 1/4 final mərhələsinin "Abşeron Layns" - "Şəki qarşılaşmasından sonra bəlli olub.
Sözügedən matçda 93:85 hesabı ilə qalib gələn şəkililər yarımfinala adlayan sonuncu kollektiv olublar.
Daha əvvəl baş tutan matçlarda "Ordu" "Sumqayıt"ı (93:74) "Sabah" "Quba"nı (113:76), "Gəncə" isə "Neftçi"ni (95:92) məğlub edərək növbəti raunda adlayıb.
Yarımfinalda "Şəki" "Gəncə"ni, "Sabah" isə "Ordu"nu sınağa çəkəcək.

