18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda keçirilən Beynəlxalq İnkişaf Turnirində ilk oyununa çıxıb.
Prosport.Az xəbər verir ki, B qrupunda yer alan millimiz Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.
Qeyd edək ki, U-18 turnir çərçivəsində növbəti oyununu fevralın 20-də Özbəkistan yığmasına qarşı keçirəcək.

