“Erkən qollar bizi sındırdı. Təəssüf ki, böyük hesabla uduzduq. Çox məyusuq”.
Prosport.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Musa Qurbanlı deyib.
Hücumçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olduqları ilk oyun barədə fikirlərini bölüşüb: “Əvvəldən bilirdik ki, “Nyukasl” bizə problem yaşadacaq. Çox güclü komandadır, sürətli futbolçuları var. Cavab oyununda əlimizdən gələni edəcəyik”.

