UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” və İngiltərənin "Nyukasl" komandaları arasında keçiriləcək ilk matçın biletləri sabah satışa çıxarılacaq.
Prosport.Az xəbər verir ki, biletlər gün ərzində satışda olacaq. Biletləri yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən almaq olar.
Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Nyukasl" oyunu saat 21:45-da başlayacaq.

