Güclü qar səbəbindən Azərbaycan Premyer Liqasının XIX turunda bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Prosport.Az xəbər verir ki, stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.

