UEFA Çempionlar Liqasının pley-off və final oyunlarında istifadə olunacaq topu təqdim edib.
Prosport.Az qurumun rəsmi saytına istinadən xəbər verir ki, top "Adidas" şirkəti tərəfindən hazırlanıb və turnirin iştirakçı komandaları bu top ilə oyuna çıxacaqlar.
Mövsümün final matçı mayın 30-da Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.
Çempionlar Liqasının hazırkı qalibi Fransanın PSJ komandasıdır. Ötən mövsüm Paris təmsilçisi İtaliya "Inter"ini 5:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu titulu qazanıb.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 17-18 və 24-25 fevralda keçiriləcək. "Qarabağ" bu mərhələdə İngiltərə "Nyukasl"ı ilə üz-üzə gələcək.

