Niderland Kubokunda 1/4 final oyunları keçirilib.
Prosport.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozancan Kökçünün çıxış etdiyi “Volendam” bu mərhələdə “Neymeqen”lə qarşılaşıb.
Matç Kökçün komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Millimizin üzvü meydana start heyətində çıxıb və 81-ci dəqiqədə əvəzlənib.
Niderland Kubokunda 1/4 final matçları bir oyundan ibarətdir. Buna görə də “Volendam” kubokla vidalaşıb.

