Yunan-Roma güləşi üzrə milli komandanın üzvü, dünya və Avropa çempionu Ülvü Qənizadə əməliyyat edilib.
Prosport.Az xəbər verir ki, çiyin nahiyəsindən uğurlu əməliyyat keçirən güləşçimiz 1 ay sonra fərdi, 3 ay sonra isə kollektiv məşqlərə qoşula biləcək.
Qeyd edək ki, Ülvü Qənizadə 4-6 ay sonra yarışlarda iştirak edə bilər.

