Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Bakı artıq mənim üçün 2-ci ev kimidir" – Paytaxt klubunun legioneri
    2.02.2026 15:57:24

    Bakının NTD komandasının basketbolçusu Cesi Qi klubun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir: 

    – NTD son oyunda “Neftçi”yə məğlub oldu. Sizcə, bu məğlubiyyətin əsas səbəbləri nə idi?
    – Biz oyunun bütün 40 dəqiqəsi ərzində aqressiv müdafiədə oynamadıq və ribaundlarda kifayət qədər sərt mübarizə apara bilmədik. Oyuna yaxşı başladıq və müdafiədə aqressiv idik. Lakin 3-cü periodun əvvəlində tempi qoruya bilmədik və “Neftçi” bundan istifadə edərək üstünlük qazandı. Bu heyətlə uğur qazanmaq üçün xüsusilə müdafiədə komanda şəklində oynamalıyıq. Bunu 40 dəqiqə ərzində bacarsaq, bizi məğlub etmək çox çətin olar. Hücum bizim problemimiz deyil. Əsas məsələ müdafiədir. 

    – Komandaya yeni qoşuldunuz. Özünüzü necə hiss edirsiniz və fiziki durumunuzu necə qiymətləndirərdiniz?
    – Özümü çox yaxşı hiss edirəm, fiziki durumum əladır. Öz performansıma gəlincə,  düşünürəm ki, hücumda daha aqressiv olmalıyam və qarşıdakı oyunlarda artıracağam. Eyni zamanda komanda yoldaşlarımı da daha effektiv etmək, onların güclü tərəflərini ön plana çıxarmaq üçün çalışacağam.

    – NTD-ni seçməyinizə nə səbəb oldu?
    – NTD uzun illərdir ki, uğurlu klubdur. Komandaya fayda verə biləcəyimə inandığım üçün buraya gəldim. Düşünürəm ki, artıq töhfə verməyə başlamışam, amma daha yaxşı ola bilərəm. İlk oyunlarım bir qədər çətin keçdi, lakin indi sistemə daha yaxşı uyğunlaşıram. Komandaya ehtiyac duyduğu töhfəni vermək istəyirəm. Komandada artıq yaxşı oyunçular var. Bizi birlikdə qələbələr gözləyir. 

    – 2 il əvvəl Azərbaycanda – “Xırdalan” klubunda çıxış etmisiniz. Azərbaycan Basketbol Liqasının hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? 
    – Liqa son 2 ildə böyük inkişaf yolu keçib. Rəqabət daha da güclənib və bu çox sevindiricidir. Bakı artıq mənim üçün 2-ci ev kimidir. 2 il ərzində liqanın bu qədər irəliləyiş göstərməsi inanılmazdır. İnanıram ki, gələcəkdə Azərbaycan Basketbol Liqası Avropada güclü liqalardan birinə çevriləcək.

    – Qarşıdakı oyun “Gəncə”yə qarşı olacaq. Bu matçdan gözləntiləriniz nədir?
    – Gözləntim sadədir – qələbə. “Gəncə” yaxşı komandadır, amma məğlubedilməz deyil. Nəzarət edə bildiyimiz məqamlara – müdafiəyə, ribaundlarda aqressivliyə, meydanda ünsiyyətə və intizama diqqət yetirsək, istədiyimiz nəticəni qazana bilərik. Oyunun bütün 40 dəqiqəsində düzgün və intizamlı basketbol oynasaq, bütün rəqiblərə qarşı uğurlu ola bilərik. Biz hamımız – oyunçular və məşqçilər bir məqsəd uğrunda çalışırıq. Çətin anlarda da birlikdə qalmalıyıq. Bizdə qələbə üçün bütün komponentlər var, sadəcə onları birləşdirib böyük məqsədə – qələbələrə çatmalıyıq.

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Basketbol

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved