Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Ən aşağı heyətlə biz mübarizə aparırıq" - Bölgə klubunun baş məşqçisi
    2.02.2026 10:00:55

    Azərbaycan Basketbol Liqasının XV turunda "Gəncə" "Şəki"yə 95:80, "Neftçi" NTD-yə 98:82 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, matçlardan sonra komandaların baş məşqçiləri öz fikirlərini bölüşüblər:

    Halil Atlı ("Gəncə"): "Rəqibi mübarizə əzminə görə təbrik edirəm. Öz oyunçularıma da "sağ ol" düşür. Çünki sıx təqvimdən uğurla çıxdıq. 3 həftəlik dövrü istirahət etmədən keçiririk. Səfərdə, evdə oynadıq. Doğrudan da çətin durum idi. Bu mərhələni uğurla dəf etmək bizim üçün önəm daşıyırdı. Son tura daxil oluruq. Göstərdiyimiz oyunu ən yaxşı hala gətirmək üçün çalışmağa davam edəcəyik. Basketbolçularımdan çox məmnunam. Hamısının əziyyətini qiymətləndirirəm. Son mərhələdə də çatışmazlıqları aradan qaldırıb ən yaxşı şəkildə oyun nümayiş etdirmək üçün səylərimizi davam etdirəcəyik".

    Bedri Meriç ("Şəki"): "Ümumiyyətlə, pis basketbol oynamadıq. Rəqibimiz yaxşı hücum günündə idi. Biz 3-cü periodda oyundan pis qopduq. Üstəlik, faul problemləri yenə canımızı yandırdı. Rəqibimiz həm yerli, həm də legioner baxımından zəngin heyətə malik olduğundan, geniş rotasiya ilə oynadı. Ancaq təəssüf ki, bu bizim üçün mümkün olmur. Yenə də son periodda basketbolçuların oyundan qopmadan verdiyi mübarizədən razıyam. Hədəfimiz bəllidir. A qrupunda ən aşağı heyətlə biz mübarizə aparırıq. Rəqiblərimiz isə əlavə oyunçular gətirir. Amma bu bizim məqsədimizə çatmağımıza mane deyil. Mən oyunçularıma güvənirəm. Son dövrədə 5 matçımız qaldı və ən azı 2 qələbə qazana bilərik. Bu da qrupda yerimizi müəyyənləşdirəcək. Bu matçların nəticəsinə baxmadan artıq öz oyunumuzdakı çatışmazlıqları ən yaxşı şəkildə aradan qaldırıb pley-inə hazır getməliyik".

    Tahir Baxşıyev (NTD): "Oyuna yaxşı başladıq və matçı böyük fasiləyə qədər pis keçirmədik. Amma sonra zəif oynadıq. Oyun haqqında deməyə xüsusi bir sözüm yoxdur. “Neftçi” yaxşı komandadır. Onları qələbə münasibətilə təbrik edirəm".

    Vitali Stepanovski ("Neftçi"): "Komandamızı dəstəkləyən hər kəsi ürəkdən təbrik edirəm. Oyunçularıma göstərdikləri münasibətə görə təşəkkür edirəm. Bu qələbədən sonra yaranan müsbət əhval-ruhiyyə həqiqətən vacib idi. Oyuna gəlincə isə, inkişaf etmək və irəliləmək üçün daha da təkmilləşdirə biləcəyimiz çox şey var. İlk növbədə, top itkilərini minimuma endirməli və rəqibin səhvlərindən daha yüksək effektivliklə istifadə etməliyik".

     

     

    Basketbol

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Top oyunları

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Top oyunları

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved