Azərbaycan Basketbol Liqasında XV tura start verilib.
Prosport.Az xəbər verir ki, turun ilk matçında "Lənkəran" "Ordu"nu qəbul edib.
Lənkəran Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 103:63
Xallarının sayını 29-a çatdıran "Ordu" B qrupunda liderdir. Meydan sahibləri 19 xalla sonuncu - 6-cıdır.
Bu gün, həmçinin XI turdan təxirə salınmış NTD - "Gəncə" görüşü keçiriləcək.
Qeyd edək ki, XV tura fevralın 1-də yekun vurulacaq.

