Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.
Prosport.Az xəbər verir ki, əvvəlcə "Şəki" A qrupunun autsayderi NTD ilə öndə olduğu matçı son dəqiqələrdə əldən verərək uduzub – 93:95.
Turun son matçında isə "Neftçi" A qrupunun lideri "Abşeron Layns"la qarşılaşıb. Sensasiya baş verməyib və Abşeron təmsilçisi 107:96 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu (100:96), "Quba" "Lənkəran"ı (86:68), "Naxçıvan" "Sərhədçi"ni (65:57) və "Sabah" "Gəncə"ni (101:77) məğlub edib.

