Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Dünya çempionatına qədər pik formaya çatacağıq" - Millimizin yeni baş məşqçisi
    23.01.2026 18:21:58

    Yunan-Roma güləşi üzrə milli komandanın Göygöl toplanışı davam edir.

    Propsort.Az xəbər verir ki, yanvarın 14-də startı verilən hazırlıq prosesində daha çox fiziki məşqlərə üstünlük verilir.

    Baş məşqçi Məhəmməd Bəna toplanışın gedişi, qarşıdakı yarışlar və planlarla bağlı açıqlama verib: "Biz toplanışlarımıza başladıq. İlk mərhələ tanışlıq, sonra isə planlaşdırmadır. Aprelin 20-də keçiriləcək Avropa çempionatına qədər olan dövr bizim hazırlığımızın birinci mərhələsidir və bu aralıqda müxtəlif yarışlar var. Albaniyadakı reytinq turniri, U-23 Avropa çempionatı və nəhayət, aprelin 20-də başlayacaq böyüklərarası Avropa çempionatı. Bu müddət ərzində 5-6 təlim-məşq toplanışı keçməyi planlaşdırırıq. Ondan sonra da müxtəlif yarışlar və toplanışlar davam edəcək. Allahın köməkliyi ilə dünya çempionatına qədər ən yüksək formaya çatarıq.

    İndi işin başlanğıcıdır və bu, daha çox məşqçilər heyəti ilə güləşçilərin bir-birini tanıması üçündür. Nəticə etibarilə məşq prosesimiz hazırlıq səviyyəsinin günbəgün artmasına yönəlib ki, müxtəlif yarışlara tam hazır olaq".

    İranlı mütəxəssis bildirib ki, Azərbaycan yunan-Roma güləşində dünyada ilk 2-3 ölkədən biridir: "Bu komandanın baş məşqçisi vəzifəsini qəbul etmək mənim üçün bir fəxrdir. Uzun illərdir Azərbaycan güləşini tanıyıram. Azərbaycanlı idmançılar hər zaman yüksək texniki keyfiyyətə malik olublar, lakin bu texniki ustalıq həm də fiziki hazırlıq tələb edir.

    Fiziki və texniki hazırlıq yaxşıdır, amma bəzi incə detallar var. Psixoloji hazırlığı da əlavə etsək, bu 3 amil möhkəm bir zəncir təşkil etməlidir ki, məşqçilər heyəti, federasiya rəhbərliyi və güləşçilər bir komanda kimi müxtəlif yarışlarda uğur qazansınlar".

    Baş məşqçinin sözlərinə görə, yığmanın iştirak edəcəyi ilk yarış Albaniyadakı reytinq turniridir: "İnşallah, orada ölkə çempionatında iştirak edənlərdən təxminən 20-dən çox güləşçi mübarizə aparacaq. Daha sonra il ərzində digər yarışlarda iştirak edəcəyik".

    O, bu il üçün hədəfləri iki mərhələyə böldüklərini vurğulayıb: "Hazırda tanışlıq və hazırlıqdan başlayırıq. Avropa çempionatı bizim üçün hazırlığın nisbətən aşağı pik nöqtəsi olacaq. Dünya çempionatında isə əsas pik formaya çatacağıq ki, hamımız birlikdə Azərbaycan güləşi üçün böyük uğurlar qazanaq”.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved