Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.
Prosport.Az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib.
Səfərdə "Ordu" kollektivi ilə qarşılaşan "Sumqayıt" 100:96 hesablı qələbə qazanıb. Bununla da "Ordu"nun məğlubedilməz oyunlar seriyasına son qoyulub.
Qarşılaşma "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

