Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    "Azərbaycan güləş sahəsində böyük gücə malikdir" - İranlı hakim
    16.01.2026 22:58:14

    "Güləş üzrə Azərbaycan çempionatının və hakimlər korpusunun inkişafı aydın görünür".

    Prosport.Az xəbər verir ki, bunu ən ali kateqoriyaya (I-S) sahib beynəlxalq dərəcəli qazaxıstanlı hakim Yerik Jumabekov Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

    O, ölkə çempionatının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb, Azərbaycan güləşçilərinin potensialına xüsusi diqqət çəkib: "İdmançıların mübarizə səviyyəsi çox yüksək idi. Olimpiya çəkilərində çıxış edən güləşçilərin dünya çempionatında da sözlərini deyə biləcəyinə inanıram. Artıq ikinci ildir ki, hakim kimi Azərbaycana gəlirik, çempionatın və hakimlər korpusunun inkişafını aydın görürük".

    Digər qazaxıstanlı hakim İqor Liqay Azərbaycan çempionatında ikinci dəfə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, əvvəlki illə müqayisədə bu dəfə təşkilatçılıq daha yüksək səviyyədə olub: "Çoxlu izləyici vardı. Hətta arenada azarkeşlər arasında yarışların təşkili güləşin daha da tanınmasına xidmət edirdi. Hakimlik səviyyəsi də xeyli artmışdı. Güləşçilər yaxşı texnika nümayiş etdirdilər. Bu inkişaf sevindiricidir. İnanıram ki, Azərbaycan güləşçiləri növbəti Olimpiadada da uğurlu çıxış edəcəklər".

    İranlı referi Nima Sadeqi isə Azərbaycan çempionatında çalışmanın onun üçün həyəcanverici olduğunu qeyd edib: "Çempionatın təşkilatçılığı çox yüksək səviyyədə idi. Azərbaycan güləş sahəsində böyük gücə malikdir və bu ölkə dünya miqyasında güləşlə tanınır. Bakı çox gözəldir, insanlar isə son dərəcə qonaqpərvərdir".

    Rumıniyalı hakim Marius Kimpoeru Azərbaycanda illər ərzində böyük dəyişikliklərin şahidi olduğunu bildirib: "2009-cu ildən sonra ölkənizdə ciddi inkişaf müşahidə olunur. Bu yarış da yüksək səviyyədə təşkil edilmişdi. Güclü güləşçilərin iştirakı ilə maraqlı və gərgin qarşılaşmalar izlədik".

    Ukraynalı referi Roman Pavlov isə ilk dəfə Azərbaycan çempionatında hakimlik etdiyini deyib: "İdmançılar arasında rəqabət yüksək idi. Gənc və təcrübəli hakimlərin birgə fəaliyyəti çox yaxşı nəticə verdi. Dolu zalda işləmək xüsusi zövq və adrenalin yaradır. Azərbaycanın müxtəlif yaş qrupları üzrə çempionatlarına xarici hakimlərin dəvət olunması çox təqdirəlayiqdir".

    Qeyd edək ki, güləş üzrə Azərbaycan çempionatı yanvarın 7-dən 11-dək Bakı İdman Sarayında təşkil olunub.

    Güləş

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23
    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Döyüş növləri

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Şəhid qızı Azərbaycan çempionu oldu

    22.09.2026 23:49:18

    "Sabah" bu xəbərlə sarsıldı

    22.09.2026 23:15:21

    Azərbaycan klubunda yeni legioner

    22.09.2026 22:40:53

    Daha 2 veteran cüdoçumuz dünya çempionu oldu

    22.09.2026 22:19:14

    "Möhtəşəm səyahətdəyəm! Sözə ehtiyac yoxdur" - Valdas Dambrauskas

    22.09.2026 21:54:41

    Rəhman Daşdəmirov: "Valdas dedi ki, siz Litvadan daha yaxşı komandasınız" - VİDEO

    22.09.2026 21:33:39

    Ayxan Abbasov: "Biz Avropa görməmiş insan deyilik" – VİDEO

    22.09.2026 21:08:43

    Azərbaycanın qadın futbolçuları Qarabağ Universitetində tələbələrlə görüşüblər

    22.09.2026 20:46:00

    Oktyabrda bizi bu oyunlar gözləyir - Təqvim

    22.09.2026 20:25:24

    "Azərbaycan və Yunanıstan idmanındakı fərqli üstünlüklər əməkdaşlıq üçün mükəmməl imkanlar yaradır" - MOK-un baş katibi

    22.09.2026 19:14:44

    Voleybol üzrə Azərbaycan çempionatının start tarixi və reqlamenti bilindi

    22.09.2026 19:04:13

    Puta qəsəbəsində idman zalı və minifutbol meydançası istifadəyə verilib

    22.09.2026 19:03:58

    Şamaxıda milli komandaların məşqçiləri üçün təlim keçirilib - FOTOLAR

    22.09.2026 18:54:23

    "Kəpəz"də itki: 2-3 həftə oynamayacaq

    22.09.2026 18:50:42

    "Bizi Azərbaycanda çox gözəl qarşıladılar" – Taciklərin rekordçusu

    22.09.2026 18:20:12
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved