Azərbaycan Basketbol Liqasının XII turunda daha 2 oyun keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında "Sabah" NTD-ni 121:76 hesabı ilə məğlub edib.
Digər qarşılaşmada isə "Neftçi" "Şəki"yə 82:60 hesabı ilə qalib gəlib. Hər iki görüş "Sərhədçi" İdman Mərkəzində baş tutub.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Ordu" "Quba"nı (116:111), "Lənkəran" "Sərhədçi"ni (72:69), "Naxçıvan" isə "Sumqayıt"ı (97:81) üstələyib. XII tura yanvarın 11-də yekun vurulacaq.

