"Abşeron Layns" heyətini amerikalı basketbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Trevion Lamarla müqavilə imzalanıb.
27 yaşlı oyunqurucusunun son klubu İsveçrə təmsilçisi "Bazel" olub. O, ötən mövsüm orta hesabla 15.3 xal, 7.8 ribaund və məhsuldar ötürmələrlə yadda qalıb.
Qeyd edək ki, "Abşeron Layns" daha əvvəl De Sin Eikenslə qarşılıqlı razılıq əsasında yollarını ayırıb.

