Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Özümüzü yenidən kubokun sahibi kimi görürük" - Bakı klubunun legioneri
    6.01.2026 15:08:57

    NTD komandasının basketbolçusu Lakim Makalayli Bakı klubunun mətbuat xidmətinə müsahibə verib.

    Prosport.Az həmin müsahibəni təqdim edir:

    - Çempionatda qısa fasilə yarandı. NTD bu fasilədən necə yararlandı?
    - Bu fasilədən bərpa olunmaq və görülən işləri analiz etmək üçün istifadə etdik. Düşünürük ki, fasilə bizə müsbət təsir göstərdi. Güclü tərəflərimizi daha yaxşı anladıq və üzərində işləməli olduğumuz məqamları müəyyən etdik.

    - Komanda hazırda "Sabah"la qarşıdakı oyuna hazırlaşır. Hazırlıq prosesi necə gedir və komanda daxilində ab-hava necədir?
    - Hazırlıq prosesi plan üzrə gedir. Həm məşqçilər korpusu, həm də oyunçular onlardan nə tələb olunduğunu dəqiq bilirlər. Komandada əhval-ruhiyyə yüksəkdir və məqsədimiz yalnız qələbədir.

    - Bu mövsüm NTD üçün hələlik uğurlu alınmır. Sizcə vəziyyəti necə dəyişmək olar?
    - Vəziyyəti dəyişə biləcəyimizə inanırıq. Bunun üçün hər kəsin bir məqsəd ətrafında birləşməsi və öz üzərinə düşən işi maksimum səviyyədə yerinə yetirməsi vacibdir.

    - Komandanı Azərbaycan Kubokunun oyunları da gözləyir. NTD hazırkı kubok sahibidir. Kuboku yenidən qazanmaq real hədəf kimi görünürmü?
    - Biz özümüzü yenidən kubokun sahibi kimi görürük. Bu asan olmayacaq, lakin sona qədər mübarizə aparacağıq. Məqsədimiz zirvəyə yüksəlməkdir.

    - Azərbaycan Basketbol Liqasının ümumi səviyyəsini necə qiymətləndirərdiniz? Gözləntilərinizi doğruldubmu?
    - ABL-də oyun səviyyəsi kifayət qədər yüksəkdir və düşünürəm ki, gələcəkdə daha da artacaq. Bu liqaya gələndə hər bir komandanın sona qədər mübarizə aparacağını bilirdim və heç kimi zəif görmürdüm. Burada özümü sübut etmək istəyirəm.

    Top oyunları

    "Neftçi" ilə oyunun ilk hissəsində zəif təsir bağışladıq" - Latviya klubunun baş məşqçisi

    14.10.2026 23:48:34
    Top oyunları

    "Sanki rəqibə həddindən artıq hörmətlə yanaşdıq" - "Sabah"ın baş məşqçisi

    14.10.2026 23:17:03
    Top oyunları

    "Sabah" səfərdə "Trabzonspor"la bacarmadı

    14.10.2026 22:44:55
    Basketbol

    "Ötürmələrdə və atışlarda bəsit səhvlərə yol verdik" "Neftçi"nin baş məşqçisi

    14.10.2026 22:13:42
    Basketbol

    "Neftçi" avrokubokda ikinci oyunu da uduzdu

    14.10.2026 20:49:57
    Basketbol

    "Bu, çox ağır səfərdir, azarkeşlər çılğındırlar və təzyiq göstərməyi bacarırlar" - Ərhan Tokər

    14.10.2026 15:53:48
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Namiq Əliyev UWW prezidenti olmaq istəyir – Laloviçi məhkəməyə verdi

    17.10.2026 00:38:49

    Avropa çempionatı: Daha bir ağırlıqqaldıranımız üç medal qazandı

    16.10.2026 23:40:32

    İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi - 30 illiyi münasibətilə

    16.10.2026 23:23:47

    Dünya çempionatı: İki boksçumuz qələbə ilə başladı

    16.10.2026 22:45:48

    "Qələbəyə layiq idik" - Filipe Kandido

    16.10.2026 22:17:27

    "Bu cür qollar buraxmaq olmaz" - Yuri Maksimov

    16.10.2026 21:39:36

    UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?

    16.10.2026 21:28:41

    “Sumqayıt” “Araz-Naxçıvan”ı məğlub etdi

    16.10.2026 20:55:39

    Azərbaycan U-15 Avropa çempionatına 21 boksçu ilə yollanır

    16.10.2026 20:16:59

    Minifutbol millimiz üçüncü yer uğrunda oyunda da uduzdu - YENİLƏNİB

    16.10.2026 19:35:13

    AMADA rəhbəri süni intellektin antidopinqdə tətbiqindən danışıb - Yunanıstanda

    16.10.2026 19:18:10

    Elvin Cəfərquliyev məşqləri bərpa etdi

    16.10.2026 18:48:12

    "Sumqayıt" - "Araz-Naxçıvan" :HEYƏTLƏR

    16.10.2026 18:12:32

    "Allah çəkdiyimiz əziyyətin bəhrəsini verəcək" - Azər Bağırov

    16.10.2026 17:47:30

    Zaur Həşimov: "Acınacaqlı məğlubiyyət oldu"

    16.10.2026 17:25:55
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved