Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Güləş
    Güləş Federasiyası 2026-cı ilə yeni təyinatlarla girir – Ağlayan və Əli Dayini ağladan məşqçi gətirilir
    30.12.2025 23:23:25

    Azərbaycan Güləş Federasiyası yeni ilə yeni təyinatlarla qədəm qoyur.

    Prosport.Az-ın xəbərinə görə, işlərə yunan-Roma güləşi üzrə məşqçilər heyətindən başlanılıb.

    Belə ki, rusiyalı baş məşqçi Aleksandr Tarakanov və onun köməkçisi Həsən Əliyevlə yollar ayrılıb.

    Yeni baş məşqçi iranlı Məhəmməd Bəna olacaq. Bəna ilə bərabər, daha 2 iranlı məşqçi onun komandasında yer alacaq. Bunlardan biri ötən il Fransanın paytaxtı Parisdə keçirilmiş Olimpiadadan sonra karyerasını başa vurmuş ən ağır çəkidə olimpiya və Avropa mükafatçısı Sabah Şəriəti olacaq.

    Bəs Məhəmməd Bəna kimdir? İranın paytaxtı Tehranda doğulmuş Bəna (68 kq) 1983-cü ildə Ukraynanın paytaxtı Kiyevdə keçirilən dünya çempionatının finalçısı (1979-cu il inilabından sonra İranın güləşin bu növündə ilk dünya çempionatı medalıdır) və elə həmin il Tehranda baş tutmuş Asiya çempionatının qızıl medalçısı olub. 

    67 yaşlı Bəna İranın ən uğurlu yunan-Roma güləşi üzrə məşqçisi sayılır. 4 dəfə bu millini çalışdırıb (2005-2007, 2009-2012, 2014-2015, 2018-2022). İran millisi onun rəhbərliyi altında 2010-cu ildə Çinin Quançjou şəhərində keçirilmiş Asiya Oyunlarında 8 qızıl, 2012-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda baş tutmuş Olimpiadada 3 qızıl medal qazanıb. Həmçinin, 2021-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Olimpiadada da İran millisi 1 qızıl medal əldə edib. Onun rəhbərliyi altında İran millisi ardıcıl 3 il dünya çempionatında qızıl medal qazanıb.

    2011-ci ildə Dünya Güləş Birliyi (UWW) tərəfindən ilin məşqçisi seçilib. 1 il sonra isə İran Tələbələri Xəbər Agentliyi (ISNA) onu ilin məşqçisi adına layiq bilib. 2012-ci ildə İranın o vaxtkı prezidenti Mahmud Əhmədinecad tərəfindən 1-ci dərəcəli Cəsarət ordeni ilə təltif olunub. O bu yaxınlarda İranda əsrin ən yaxşı məşqçisi də seçilib.

    Ancaq 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş Olimpiadada zəif nəticə göstərməsindən sonra ağlaması ilə diqqət mərkəzinə düşüb. O daha sonra bunu İran xalqını xoşbəxt edə bilmədiyinə görə ağladığını və komandanın "onun övladı" kimi olduğunu söyləyib. Onun ağlaması video və fotolarla sosial mediada gündəm olub. Hətta İranın futbol məşqçiləri – Əli Pərvin və milliyətcə azərbaycanlı olan Əli Dayi onun ağlamasını gördükdən sonra göz yaşlarına boğulduqlarını bildirib.

    Onu da bildirək ki, Məhəmməd Bəna hələ 1 il əvvəl federasiyamızın diqqət mərkəzində olub. Lakin həmin vaxt maliyyə məsələsində razılığa gəlinməyib.

    Həmçinin, federasiya yaxınlarda Prezident İlham Əliyev tərəfindən fərdi təqaüdə layiq bilinən Qərib Əliyevlə yolları ayırıb. O, yaşı ilə əlaqədar Hakimlər Kollegiyasının sədri vəzifəsindən ayrılıb. Bu vəzifəyə beynəlxalq dərəcəli hakim, Azərbaycanı son 2 Olimpiadada təmsil etmiş Asif Şirəliyev təyin olunub.

    Qeyd edək ki, bütün bu təyinatlar yeni ilin ilk günlərində federasiya tərəfindən rəsmən elan olunacaq.

    Səbuhi Musa

    Döyüş növləri

    Hacı Əliyev ABŞ-dəki turnirdə yenə uduzdu

    19.09.2026 12:37:36
    Güləş

    Güləş yığmamız dünya çempionatına harada hazırlaşacaq?

    18.09.2026 16:42:59
    Güləş

    Azərbaycan yığması dünya çempionatı üçün növbəti toplanışa başlayır

    11.09.2026 17:46:55
    Güləş

    Azərbaycanda beynəlxalq dərəcəli hakimlərin sayı artdı

    9.09.2026 14:42:16
    Güləş

    Millimiz Vladiqafqazdan 8 medalla qayıdır - FOTOLAR

    7.09.2026 15:39:24
    Güləş

    Bakı Güləş Məktəbinə 47 şagird qəbul olundu

    4.09.2026 17:45:47
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qarabağ" gələcək nəsillərə qalacaq bir mirasdır" - Tahir Gözəl

    21.09.2026 22:05:22

    "Turan Tovuz" - "Fənərbağça" matçının saatı açıqlandı

    21.09.2026 21:47:55

    Cüdoçularımız dünya çempionatında daha 3 medal qazandı

    21.09.2026 21:23:05

    Çempionlar Liqası: "Sabah" 4 ev oyununun bütün biletlərini satışa çıxardı

    21.09.2026 21:00:02

    "Neftçi"nin futbolçusu Messinin vida matçında oynaya bilər

    21.09.2026 19:47:01

    Azərbaycanlı məşqçi Türkiyədə işləyə bilər: "Futbolçularımızı bura gətirəcəyəm"

    21.09.2026 19:21:32

    Şahmat Olimpiadası: Qadınlardan ilk məğlubiyyət, kişilər heç-heçə seriyasına son qoydu

    21.09.2026 18:48:50

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    21.09.2026 18:16:25

    Millimiz Qəbələ toplanışına 1:1-lə başladı

    21.09.2026 17:40:50

    AFFA Region Liqasının yeni formatı təqdim olundu - FOTOLAR

    21.09.2026 17:10:33

    Prezidentdən Bakıdakı dünya çempionatı ilə bağlı Sərəncam

    21.09.2026 16:48:51

    Monteneqro millisinin sabiq üzvü "Neftçi"də

    21.09.2026 16:03:53

    Zaur Axundovun səbir kasası daşdı: Cavid Hüseynov yenə qovuldu

    21.09.2026 15:42:09

    Şahmat Olimpiadası: VI turda ilk gedişi Mahir Məmmədov etdi

    21.09.2026 15:17:53

    Azərbaycan idmanının tanınmış simaları dəbilqə kampaniyasında - FOTOLAR

    21.09.2026 14:44:36
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved