Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik" - Bölgə klubunun baş məşqçisi
    24.12.2025 00:27:43

    "Abşeron Layns" Azərbaycan Basketbol Liqasının XI turunda "Şəki"ni 107:82 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, qarşılaşmadan sonra hər iki komandanın baş məşqçisi öz fikirlərini bölüşüb.

    Ərhan Tokər ("Abşeron Layns"): "Mövsümün əvvəli ilə müqayisədə komanda kimi formalaşmış durumdayıq. Hər kəs parketdə bir-birini anlayır və kömək edir. Yaxşı və ya pis oynasaq da, basketbolçular nə etmək istədiklərini bilirlər. Rolları tam oturub deyə bilərəm. Bu baxımdan biz artıq son zamanlar bəlli bir oyun strategiyasını nümayiş etdirə bilirik. Bu gün "Şəki" ilə görüşdə yaxşı müdafiə olunduğumuz vaxtda xallar ard-arda gəldi. Müdafiədə axsayanda isə hücumda da kəsərli ola bilmirdik. Bu oyunda, misal üçün, fasilədən sonra oyunumuz pis getdi, lakin sonra toparlana bildik. Bunun başqa səbəbləri də var. Böyük fasiləyə çox xal fərqi ilə yollanmışdıq. Oyunçularda bir qədər arxayınlıq yarandı. Dediyim kim,i sonra yenidən toparlana bildilər. Mövsümün əvvəlinə qayıtsaq, FIBA Avropa Kubokuna, demək olar ki, hazırlıqsız getmişdik. Bəzi oyunçular gec gəldi, təlim-məşq toplanışı olmadı və s faktorlar təsir etdi. Qarşıdakı mövsümdə bütün bunları daha planlı etmək istəyirik. Dolayısı ilə biz bir tərəfdə avrokuboklarda oynayarkən, yerli çempionatda yalnız 6 və ya 7-ci turda tam olaraq komandanı normal oyun formasına gətirə bildik. Hazırda isə hər şey istədiyimiz kimidir. Basketbolçularım hər oyuna istəklə çıxır və qələbə qazanırlar. Durumdam məmnunam. Qarşıda bizi istirahət gözləyir. Qalan oyunçularla məşqlərimizi davam etdirəcəyik. Fasilədə bir oyunçumuz - De Sin Eiksen komandadan ayrılacaq. Onunla şəxsi səbəbdən, qarşılıqlı razııaşma ilə yolları ayırırıq. Rüstəm Əliyev zədəli olduğu üçün Rəsul Məmmədzadə heyətə qoşulub. Daha bir oyunçu transfer edəcəyik. Bir sözlə, fasilədən sonra da özümüzü toparlayıb yolumuza uğurla davam etmək istəyirik".

    Bedri Meriç ("Şəki"): "Rəqibimizi təbrik edirəm. Onların xüsusən 3 xallıq atışlarda yaxşı olduğunu bilirdik, amma matçın əvvəlində müdafiədə heç müqavimət göstərə bilmədik. 6 gündə 3-cü matçımızı oynadıq. Həm yorğunluq, həm də zədələrə görə kasad heyətlə oynamaq çətin oldu. Qarşıdakı fasilə bizə yaxşı gələcək. Fasilədən sonra tam heyət olacağıq. Həm də çatışmazlıqlarımızın üzərində çalışacağıq. A qrupunda yenilmək bizə sürpriz deyil, vacib olan hədəfdən vaz keçməməkdir. Yıxılsaq da, qalxıb mübarizəyə davam etməliyik. Hamının Yeni ilini indidən təbrik edirəm. Ümid edirəm ki, 2026-cı il hamıya sağlamlıq və uğur gətirər".

    Top oyunları

    “Sabah” “Ordu”ya qalib gəldi

    19.09.2026 15:31:45
    Basketbol

    Türkiyə klubu “Zenit”i məğlub etdi

    18.09.2026 20:55:04
    Top oyunları

    Naxçıvan təmsilçisindən yeni transfer

    18.09.2026 17:40:23
    Top oyunları

    Azərbaycan Basketbol Liqası: Açılışı son çempion edəcək

    17.09.2026 16:42:30
    Basketbol

    Naxçıvan təmsilçisindən yeni transfer

    17.09.2026 15:13:44
    Basketbol

    Gəncə klubunun "Sportinq"lə oyununun vaxtı bilindi – TƏQVİM

    17.09.2026 09:37:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Bir az deyingənliyi var, amma heç bir problem yaratmır" - Azər Məmmədov

    20.09.2026 22:17:08

    "Kənardan kiminsə fit çalması oyunu korladı" - Filipe Kandidu

    20.09.2026 21:50:50

    Premyer Liqa: "Sumqayıt" yenə qələbəyə həsrət qaldı - VİDEO

    20.09.2026 20:56:11

    "Atletiko" Madrid derbisini qazandı

    20.09.2026 20:38:12

    "Hakimlərin işinə qarışmaq istəmirəm, gələcəkdə də qarışmayacağam" - Azər Bağırov

    20.09.2026 19:15:09

    "Müdafiədə kobud səhvlərimiz olur" - Zaur İsmayılov

    20.09.2026 19:00:27

    "Şamaxı" ev qələbəsi ilə 6-cı pilləyə yüksəldi - VİDEO

    20.09.2026 18:32:29

    "Kəpəz" – "Sumqayıt": HEYƏTLƏR

    20.09.2026 18:17:51

    Belinqem "Real"la yola davam edir

    20.09.2026 16:42:09

    "Şamaxı" - "Araz-Naxçıvan": HEYƏTLƏR

    20.09.2026 15:19:05

    "Arsenal"ın 3 il sonra ən böyük hesablı məğlubiyyəti eyni komandaya oldu

    20.09.2026 14:45:18

    Rafinya "Barselona" tarixinə düşdü

    20.09.2026 13:39:26

    Taekvondo üzrə "Koreya Səfiri Kuboku" keçiriləcək

    20.09.2026 12:01:04

    Taekvondo üzrə ölkə birinciliyi və çempionat keçiriləcək

    20.09.2026 11:29:32

    "Sonadək mübarizə apardıq" – Ronaldo

    20.09.2026 11:21:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved