Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Top oyunları
    "Federasiya hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir" – "Sabah"ın baş məşqçisi
    20.12.2025 23:52:25

    "Sabah" Azərbaycan Basketbol Liqasının X turunda "Abşeron Layns"a 97:101 hesabı ilə uduzub.

    Prosport.Az xəbər verir ki, matçdan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb.

    Ərhan Tokər ("Abşeron Layns"): "Əslində biz ötən həftə keçirilən oyunlardan sonra 2-ciliyi təmin etmişdik. Bu həftə isə istədiyimiz məşqləri edə bilməmişdik. Son oyundan sonra Ceyms Freyzer zədə səbəbi ilə məşq edə bilmirdi. 2-3 gün öncə də Sadettin Donat zədələndi. Buna görə bizim üçün də hazırlıq prosesi fərqli oldu. Oyun da eynilə. Yararlana biləcəyim oyunçular baxımından söyləyirəm. Rəqib də, mənə elə gəlir, bu oyunçularla oynayacağımızı gözləmirdi. Onlar həmçinin avrokuboklarda mübarizəni dayandırıb. Bəlkə motivasiyaları aşağı olar deyə düşünmüşdük. Oyunun böyük bir hissəsi bərabər mübarizə şəraitində keçdi. Fərqin böyüməsinə icazə vermədik. Oyunçularım çox yaxşı mübarizə apardı. Parketdə olan bütün oyunçularım komandaya fayda verə bildi. Komanda oyunu göstərdik. Onları təbrik edirəm. Qarşıda bizi "Şəki" ilə oyun gözləyir. Sırada bu oyuna hazırlıq var. Daha əvvəl də demişəm ki, biz hər zaman qələbə üçün oynayırıq. Amma başa düşürük ki, məğlubiyyətlər də qaçılmaz deyil. Hər qarşılaşmada çətin situasiyalarda həll yolu axtarırırq və bu gün bunu tapa bildik.

    Hakimlər ilk dəqiqələrdən güzəştə getməyəcəklərini göstərirdi. Onlar nə gördülərsə, fiti səsləndirdi. Bəzən bizim əleyhimizə, bəzən rəqibin. Nəticəyə çox təsir etdiklərini düşünmürəm. Biz yaxşı oynadıq, yaxşı hücum edib, yaxşı müdafiə olunduq. Hər zaman belə gərgin oyunlarda nəticə sonda hakimin üzərində qalır. Fikir versəniz, oyunun böyük bir hissəsində komandamıza qarşı tez-tez referilər foul qeydə alırdı. Buna etiraz edirdim və mən də xəbardarlıq aldım. Oyunun sonunda stepslər mənə görə düzgün qərar idi. Bəlkə texniki foullar müzakirə oluna bilər. Amma orada da kim danışdısa, etiraz etdisə, içi mən daxil, hər kəs foul aldı. Oyunun sonunda sadəcə bizim heyətdə Orelik Qediminasın atışları əla oldu və Freyzerlə birgə sonluğu əla gətirdilər. Vəssalam, bu bizi  qələbəyə apardı.

    Nicat Məmmədli mövsümün əvvəlindən çox çalışırdı. Sadettin Donat milli oyunçusu olduğundan  və çıxışı bizi qane etdiyindən, əsas oyunçu kimi parketdə olurdu. Amma bir daha deyirəm ki, Nicat da hər zaman hazır idi. Bu dəfə zədə səbəbindən Donat olmadı və Nicat Məmmədli şansından əla istifadə elədi. Tək ona yox, digər bütün yerlilərə də güvənirəm və mən onlara hər zaman şans verməyə hazıram. Əsas onlar hər zaman özlərini hazır hiss etsin".

    Rimas Kurtinaytis ("Sabah"): "Bəzi hissələrdə yaxşı, bəzilərində isə pis oynadıq. Bu da yorğunluqla bağlıdır. Amma bununla yanaşı, bugünkü oyunda qeydə alınan nəticədə böyük pay sahibi hakimlər oldu. Çempionlar Liqasında böyük komandalara qarşı mübarizə apardıq. Azərbaycan çempionatında isə rəqiblər bizə qarşı yüksək motivasiya ilə oynayır. Təbii ki, qarşılaşdığımız bütün rəqiblər bizə qalib gəlmək istəyir. Hakimliklə bağlı bəzi məsələlər var ki, susmaq olmur. İlk olaraq hakimlərdən birinin oyuna gecikməsinə baxmayaraq, görüşün daha öncə təyin olunan vaxta keçirilməsinə razılıq versəm də, bu məqam mənə qaranlıq qaldı. Artıq neçənci oyundur ki, hakimlərin bizə qarşı kobud səhvləri və müəmmalı qərarları ilə üzləşirik. Yerimdən qalxaraq hakimə verdiyi qərarla bağlı sual vermək istəyəndə texniki foul alıram. Halbuki hakim sualı bəlkə tam və aydın eşitmədi. Üstəlik mən artıq illərdir ki, basketboldayam və bilirəm ki, hakimə hansı sözü demək olar, hansı sözü yox. Bəzi qərarlarına baxdıqda, sanki oyunda olmadıqlarını hiss etmək olar. Düşünürəm ki, komandalarla yanaşı, hakimlik də liqanın səviyyəsinin qalxmasında çox vacib rol oynayır. Oyunlar obyektiv və neytral idarə olunmalıdır. Bizim klub olaraq məqsədimiz keyfiyyətli iş ortaya qoyaraq Azərbaycan basketbolunun inkişafına öz töhfəmizi verməkdir. Mən də yenidən Azərbaycana bu məqsədlə qayıtmışam. Düşünürəm ki, federasiya bu oyundan sonra bu cür halların bir daha təkrarlanmaması üçün hakimliklə bağlı ciddi qərarlar qəbul etməlidir".

    Top oyunları

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42
    Top oyunları

    "Aprel ayından maaş almırıq" – Həndbolçular etiraz edir

    21.07.2026 10:21:00
    Həndbol

    "Maddi sıxıntılar səbəbindən bəzi oyunçular idmanı 2-ci plana keçirməyə məcbur qalırlar" – "Azəryol"un məşqçisi

    21.07.2026 10:08:46
    Top oyunları

    "Nə hazırlıq keçməyə, nə də məşq etməyə zalımız var" – Millinin baş məşqçisi

    21.07.2026 10:03:04
    Basketbol

    Azərbaycan klubu tanınmış legioneri ilə müqaviləni yenilədi

    20.07.2026 12:49:52
    Top oyunları

    "Neftçi" "Beşiktaş"ın sabiq oyunçusu ilə gücləndi – FOTO

    19.07.2026 20:39:14
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved