“Komandamı qələbə münasibətilə təbrik edirəm. Amma yaxşı oynamadıq".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sərhədçi"nin baş məşqçisi Anar Sarıyev Azərbaycan Basketbol Liqasının XV turunda “Sumqayıt”a 86:83 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
Mütəxəssis görüşlə bağlı fikirlərini bölüşüb: "Düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik. Lakin pis-yaxşı qələbə qazandıq. Növbəti oyuna hazırlaşacağıq. Bu il son oyunumuzu “Quba”ya qarşı keçirəcəyik. Həmin matça da ciddi hazırlaşıb qələbə qazanmaq istəyirik”.
