"Sərhədçi"ni qələbə münasibətilə təbrik edirəm. Oyunçularım yaxşı oynadı. Bir az gücümüz çatmadı".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının X turunda "Sərhədçi"yə 83:86 hesabı ilə uduzduqları oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis məğlubiyyəti belə şərh edib: "Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm ki, hakimlər oyunqurucumuz Keon Klerqota qarşı qayda pozuntularına qarşı göz yumurdular. Əksinə, onu simulyasiyada ittiham edirdilər. Məhz hakimlərin diqqətsizliyi nəticəyə təsir göstərdi. O ki qaldı oyunun son saniyələrində "üçlük" atmayıb içəri daxil olmaq istəyimizə, bunu məcburiyyət qarşısında etdik. "Basket-foul" qazanmaq istədik, bu da alınmadı. Nə edək, bu basketboldur, növbəti oyuna hazırlaşacağıq".
