"İlk hissədə böyük enerji və güc sərf etdik. Mübarizə apardıq".
Prosport.Az xəbər verir ki, bu sözləri "Sabah"ın basketbolçusu Hassani Qravett FIBA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda Almaniyada “Alba"ya 82:106 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O bildirib ki, 2-ci hissədə də bütün gücləri ilə oyamağa çalışsalar da, alınmayıb: "Top itkilərinə yol verirdik. Bu, bizim qələbəmizə mane oldu".
