Azərbaycan Basketbol Liqasında IX turun daha 2 oyunu keçirilib.
Prosport.Az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan "Ordu" "Sumqayıt"ı məğlub edib - 106:86.
A qrupunda isə NTD və "Şəki" komandaları üz-üzə gəliblər. Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 93:79.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.
