Azərbaycan Basketbol Liqasında IX tura start verilib. Prosport.Az xəbər verir ki, ilk oyun günündə "Lənkəran" "Quba" ilə qarşılaşıb. B qrupunun matçında qubalılar 95:87 hesablı qələbə qazanıblar. Qeyd edək ki, IX tura dekabrın 14-də yekun vurulacaq.